AZ

Oğrusu deyil, büdcəsi zəngin olan dövlət və xalq heç zaman çökməz!

İdris Abbasov, Professor 

Müasir dünyada ən güclü dövlət və xoşbəxt xalq ilk növbədə ölkə daxilində qanuna, ədalətə, dürüstlüyə ciddi əməl edən dövlət və xalqdır. Bu keyfiyyətlər sevgi, sədaqət, inam və səmimiyyəti şərtləndirir və bunların qarşılıqlı çulğaşması nəticəsində xoşbəxt cəmiyyət yaranır.
Tamahın əsirliyinə düşüb qeyri-leqal yolla varlanmaq bir çoxlarında xoş illüziya, eyforiya, xoşbəxtlik hormonu yarada bilər, fəqət ardınca gələn rüsvayçı və öldürücü fəlakəti kompensasiya edə bilməz.
Vəhşi tamahın qurbanına çevrilib qanunlarla hesablaşmayan nadürüst, laqeyd, mərhəmətsiz, sosial ədalətin yoxa çıxdığı, kifayət qədər illeqal milyonçuları olan dövlətin, xalqın, hətta qüdrətli imperiyaların çöküşünü azmı görmüşük?!
Qanuna, ədalətə, bərabərliyə, dürüstlüyə, gözütoxluğa söykənən, oğrusu deyil, büdcəsi zəngin olan dövlət və xalq heç zaman çökməz!

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
42
33
Demokratikmusavat.com

10Mənbələr