AZ

Yanğından zərərçəkən üçün xeyriyyə konsertinin keçirildiyi klub özü yandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Polşanın paytaxtı Varşava yaxınlığında faciəli olduğu qədər ironik hadisə baş verib. Belə ki, dekabr ayında yanğın nəticəsində evini itirmiş yerli sakin üçün vəsait toplamaq məqsədilə xeyriyyə konsertinin keçirildiyi məşhur "Mega Music" musiqi klubunun özü yanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Polsat" telekanalı məlumat yayıb.
Bildirilir ki, yanğın baş verən zaman zalda 200-dən çox insan olub.
İlkin araşdırma göstərib ki, yanğın binanın çardağında başlayıb, bundan sonra tavan örtüyünün yanan hissələri birbaşa tamaşa zalına düşməyə başlayıb. Xoşbəxtlikdən, təşkilatçıların operativ fəaliyyəti sayəsində bütün ziyarətçiləri tez təxliyə etmək mümkün olub, lakin klub binası tamamilə yanıb.
"Biz hər şeyi itirdik. Bütün bina alov içində idi və kül oldu", - deyə klubun sahibəsi Hanna Qolişevska bildirib.
Güclü yanğınla mübarizə aparmaq üçün 80-dən çox yanğınsöndürən və 21 xüsusi texnika cəlb edilib. Əməliyyat zamanı yanğınsöndürənlərdən biri xəsarət alıb.
Yanğının səbəbləri istintaq tərəfindən araşdırılır.
Seçilən
48
21
oxu.az

10Mənbələr