AZ

Vardanyan hakimin bu sualı qarşısında susdu - foto

Müxtəlif ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasın əvvəlində Ruben Vardanyan və onun hüquqlarını müdafiə edən vəkil Avraam Berman konfidensial görüş üçün şərait yaradılmasını məhkəmədən xahiş edib.

Məhkəmə vəsatəti təmin edib və konfidensial görüş üçün fasilə elan olunub.

Fasilədən sonra Ruben Vardanyan və müdafiəçisi vəsatət verərək məhkəmə tərkibinə etiraz ediblər.

Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər etirazın baxılmamış saxlanılmasını məhkəmədən xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Yekunda Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təqsirləndirilən şəxs Ruben Vardanyanın ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrini elan edib.

Bununla da iş üzrə ittiham aktının nəticəvi hissəsinin elanı başa çatıb.

Daha sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev təqsirləndirilən şəxsə ona qarşı irəli sürülmüş hər bir ittihamın mahiyyətini, ona istinad olunan əməllərin hüquqi tövsifini və həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı, həmçinin təqsirləndirilən şəxsin malik olduğu hüquqları izah edib.

Ardınca məhkəmə iclasında hakim qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə özünü təqsirli bilib-bilməməsinə dair suallar ünvanlayıb.

Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlara etiraz əlaməti olaraq verilmiş suallara cavab verməkdən imtina edib.

Məhkəmənin növbəti iclası fevralın 25-nə təyin olunub.

Seçilən
136
14
buta.media

4Mənbələr