AZ

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma 15 %-ə yaxın artıb

Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,5 milyon ton yük, 713,7 min sərnişin daşınıb.

"Cebheinfo.az" Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,6 % və 14,6 % çoxdur.

Orta hesabla sutkada 436 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,3 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə həyata keçirilib.

"Cebheinfo.az"

Seçilən
6
12
cebheinfo.az

10Mənbələr