AZ

Putin-Tramp görüşü olacaq?

Rusiya Prezidenti Vladimir Putinlə Amerika lideri Donald Trampın görüşü ilə bağlı hələlik anlaşma yoxdur. 

“Cebheinfo.az” xəbər veri ki, Bbu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

“Belə bir anlaçma yoxdur. Bəlkə də bugünkü danışıqların nəticələrinə əsasən müəyyən təxminlər ortaya çıxacaq, lakin biz bunu sonra, bu dialoq başa çatdıqdan sonra öyrənəcəyik”, - Kreml nümayəndəsi bildirib.

Fevralın 18-də Rusiya və Amerika nümayəndə heyətləri Ər-Riyadda danışıqlara başayıb. Görüşdə digər məsələlərlə yanaşı, bir sıra iqtisadi layihələr üzrə əməkdaşlığın bərpası müzakirə edilir. İclasda, həmçinin Ukrayna nizamlanmasının müzakirəsinə və Rusiya və ABŞ liderləri - Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq məsələsinə baxılacaq. Görüşdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov və RDIF rəhbəri Kirill Dmitriyev təmsil edirlər. Səudiyyə Ərəbistanındakı danışıqlarda ABŞ nümayəndələri dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoffd iştirak edir.

Fevralın 12-də prezidentlərin telefon danışığında Putinlə Tramp arasında mümkün görüşün təşkili məsələsi olub. Tramp dəfələrlə Putinlə görüşmək istədiyini bildirib. O, bu barədə həm 2024-cü ilin payızında seçki kampaniyası zamanı, həm də yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra danışıb. Amerika lideri Rusiya prezidenti ilə söhbətdən sonra mümkün görüş yeri kimi Ər-Riyadın adını çəkib. Putin və Tramp arasında sonuncu şəxsi görüş 2019-cu ilin iyununda Osakada keçirilən G20 sammitində baş tutub.

Seçilən
78
50
cebheinfo.az

10Mənbələr