Rusiyaya məxsus hərbi təyyarənin Alyaska yaxınlığında uçduğu bildirilib.
"Unikal" xəbər verir ki, bu barədə Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığının (NORAD) saytında məlumat verilib.
“NORAD 2025-ci il fevralın 18-də Alyaska Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasında (ADIZ) uçan Rusiya hərbi təyyarəsini aşkar edib və izləyib”, - nəşr yazır.
Departament təyyarənin beynəlxalq hava məkanında olduğunu və ABŞ və Kanadanın hava məkanına daxil olmadığını vurğulayıb. Komandanlıq aydınlaşdırıb ki, Rusiyanın beynəlxalq hava məkanında Alyaska yaxınlığındakı fəaliyyəti təhlükə yaratmır.