1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə, habelə dələduzluqda təqsirləndirilən Zamin Qaraşovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Z.Qaraşov, 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, rayonların birində yaşayan 2000-ci il təvəllüdlü Zamin Qaraşov qonşusu, zərərçəkmiş, 2009-cu il təvəllüdlü Kəmalə Nəbiyeva (ad, soyadı şərti) ilə 2023-cü ildə müxtəlif vaxtlarda qeyri-təbii yolla cinsi əlaqədə olub və ona qarşı seksual xarakterli digər hərəkətlər edib. Sonra təqsirləndirilən şəxs sevgi münasibətlərində olduğu yetkinlik yaşına çatmayan zərərçəkmişə özünün ağır xəstəliyi, müalicəsi və əməliyyatı üçün xeyli miqdarda pulun lazım olması ilə bağlı həqiqətdən uzaq məlumatlar verib. O, bu yolla Kəmalədən pul istəyib. Qız da 2024-cü ildə anasından xəbərsiz evdən ümumilikdə 8300 ABŞ dollarını (14110 Azərbaycan manatı nisbətində) dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra hadisələrin üstü açılıb və Zamin Qaraşov cinayət məsuliyyətinə cəlb edilib.