1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması regional əməkdaşlığın güclənməsinə böyük töhfə verə bilər".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen Asiya Parlament Assambleyasının (APA) Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən 15-ci plenar sessiyada deyib.
O bildirib ki, Azərbaycan ərazilərinin 30 ilə yaxın ədalətsiz işğaldan azad edilməsi təkcə Bakı üçün yox, həm də region üçün böyük addımdır:
"Bu gün çoxtərəfli əməkdaşlıq ölkələrin qlobal arenada inkişafına böyük töhfə verə bilər, ancaq ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafı da mühüm məsələdir. Parlamentlər bu əlaqələrə nail olmaq istiqamətində böyük rol oynaya bilər".
Mərahim Nəsib