AZ

FHN: Ötən sutka 36 yanğına çıxış olub

Ötən sutka 36 yanğına çıxış olub, 7 nəfər xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib.

Operativ Media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 36 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 7 nəfər xilas edilib, 2 nəfərin meyiti təhvil verilib.

Seçilən
10
49
operativmedia.az

10Mənbələr