Bu gün Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
QOL.az xəbər verir ki, 8 cavab oyununun hamısı eyni gündə keçiriləcək. Bununla da 1/8 finala adlayan 8 komanda müəyyənləşəcək.
İlk matçda 3:0 hesabı ilə qalib gələn "Betis" "Gent"lə bu dəfə doğma meydanda qarşılaşacaq.
"Haydenhaym" isə "Kopenhagen"i qəbul edəcək. Bu komandalar arasında ilk oyunda Almaiya klubu qalib gəlmişdi.
Qeyd edək ki, 1/8 finalın püşkü fevralın 21-də atılacaq.
Konfrans Liqası, pley-off mərhələsi, cavab qarşılaşmaları
20 fevral
21:45. “Haydenhaym” (Almaniya) - “Kopenhagen” (Danimarka)
İlk oyun - 2:1
21:45. “Pafos” (Kipr) - “Omoniya” (Kipr)
İlk oyun - 1:1
21:45. “Olimpiya” (Sloveniya) - “Borats” (Bosniya və Herseqovina)
İlk oyun - 0:1
21:45. “Betis” (İspaniya) - “Gent” (Belçika)
İlk oyun - 3:0
00:00. “Şemrok Rovers” (İrlandiya) - “Molde” (Norveç)
İlk oyun - 1:0
00:00. “Panatinaikos” (Yunanıstan) - “Vikinqur” (İslandiya)
İlk oyun - 1:2
00:00. APOEL (Kipr) - “Selye” (Sloveniya)
İlk oyun - 2:2
00:00. “Yagelloniya” (Polşa) - TSK (Serbiya)
İlk oyun - 3:1