Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün pley-off (1/16) mərhələsinin cavab görüşləri keçiriləcək.
Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutacaq.
İspaniya təmsilçisi “Betis” Belçika “Gent”ini, Yunanıstan nəhəngi “Panatinaikos” isə İslandiya “Vikinqur”unu qəbul edəcək. “Molde” (Norveç) İrlandiyada “Şemrok Rovers”in qonağı olacaq.
Qeyd edək ki, Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi fevralın 21-də keçiriləcək.
Avropa Konfrans Liqası
1/16 mərhələsinin cavab oyunları
20 fevral
21:45. “Haydenhaym” (Almaniya) – “Kopenhagen” (Danimarka)
İlk oyun – 2:1
21:45. “Pafos” (Kipr) – “Omoniya” (Kipr)
İlk oyun – 1:1
21:45. “Olimpiya” (Sloveniya) – “Borats” (Bosniya və Herseqovina)
İlk oyun – 0:1
21:45. “Betis” (İspaniya) – “Gent” (Belçika)
İlk oyun – 3:0
00:00. “Şemrok Rovers” (İrlandiya) – “Molde” (Norveç)
İlk oyun – 1:0
00:00. “Panatinaikos” (Yunanıstan) – “Vikinqur” (İslandiya)
İlk oyun – 1:2
00:00. APOEL (Kipr) – “Çelye” (Sloveniya)
İlk oyun – 2:2
00:00. “Yagelloniya” (Polşa) – “Baçka Topola” (Serbiya)
İlk oyun – 3:1