AZ

ABŞ -Avropa İttifaqı münasibətlərində çat dərinləşir: Ukraynaya münasibətdə ziddiyyətlər artır

Son dövrlərdə ABŞ və Avropa İttifaqı arasında münasibətlər gərginləşib. Siyasi və iqtisadi maraqların toqquşması fonunda tərəflər arasında fikir ayrılıqları dərinləşir.  Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi ilə bağlı fərqli yanaşmalar da münasibətlərdə çat yaradır.

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov Sitat.info-ya danışıb.

O, bildirib ki, bunun 3 əsas səbəbini demək mümkündür: "Birinci səbəb, ABŞ prezidenti Donald Trampdan Kanadaya, Qrellandiyaya ərazi iddialarıdır. Digəri, ABŞ-ın Avropa İttifaqına tətbiq etdiyi rüsumlar, 3-cü səbəb isə Rusiya-Ukrayna müharibəsi ilə bağlı tərəflərin fərqli mövqeləridir. ABŞ artıq açıq oynayır və müharibəni dayandırmaq üçün ciddi səy ortaya qoyur, çünki, bu zaman ABŞ özü qalib olacaq.

K.Novruzovun sözlərinə görə, ABŞ bu gün həm Rusiya, həm də Ukraynanın nəbzini yoxlayır ki, hansının daha çox maraqlarına uyğun olduğunu bilsin: "ABŞ-ın Rusiyandan istəyi İranla əlaqələri zəiflətmək, Yaxın Şərqdəki prosesdə müdaxilə etməmək, əlavə olaraq da, Rusiyanın Çinlə əlaqələrini zəiflətməsidir. Çünki, ABŞ-ın əsas rəqibi Çindir.  Ukraynadan da əsas gözləntiləri torpaq və təbii sərvətlərdir. Artıq bu məsələ ilə bağlı müzakirələr gedir. Bəzi məlumatlara görə hələ ki, Ukrayna prezidenti Vladimir Zelenski təbii sərvətlərin ABŞ-a verilməsinə dair saziş imzalamaqdan imtina edib. Trampın maraqlarına hansı tərəf uyğun olarsa, danışıqlarda həmin tərəfin maraqlarının təmin edilməsinə, qismən qorunmasına çalışacaq".

Ekspert bütün hallarda müharibədən ən zərərli çıxan tərəfin Ukrayna olacağını bildirdi. 

Onun sözlərinə görə, bu halda Rusiyanın növbəti hədəfi Avropa olacaq: "Hətta, atəşkəs elan olunsa belə, Ukraynanın xeyli əraziləri artıq işğal olunduğuna görə, bu Rusiyanın qələbəsi olacaq. Avropa ölkələrinin bir çoxu, xüsusi ilə Rusiyanın sərhəddindəki Avropa ölkələri üçün təhlükədir. Çünki, Rusiya həmin ölkələrə hücum edə bilər. Hərçənd ki, bu o qədər də, real deyil, çünki, həmin ölkələrə hücum Ukraynaya hücum qədər asan olmayacaq. Avropa isə narahatdır. Məsələyə bu konteksdən yanaşanda deməliyik ki, gələcəkdə Avropanın Ukraynaya qoşun göndərməsi mümkündür və belə şəraitdə, bu ABŞ-ın planlarının üstündən xətt çəkmək olar. Çünki, Avropa qoşun göndərərsə Ukrayna ürəklənəcək, ımüharibəni davam etdirəcək və artıq ABŞ-ın diqtələrindən çıxa bilər.  Mən ehtimal edirəm ki, yaxın gələcəkdə Avropa İttifaqı və Avropanın ayrı-ayrı dövlətləri daha da fəallaşacaqlar- Ukrayna səfərləri olacaq, Zelenski ilə görüşlər keçiriləcək". 


Türkanə Muradlı
Sitat.info

Seçilən
11
50
sitat.info

10Mənbələr