AZ

Qar, yağış, şaxta... - Faktiki hava

Fevralın 20-si saat 18:00-a olan faktiki hava açıqlanıb.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Hazırda Bakıda və Abşeron yarımadasında, o cümlədən Şərur, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Gəncə, Beyləqan, Tovuz, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Xınalıq, Şabran, Şahdağ, Yardımlı, Lerik, Fizuli, Şuşa, Xankəndi, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar yağır.

Şahbuz, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Biləsuvar, Lənkəran, Astara, Ağdamda yağış müşahidə olunur.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 20 m/s-dək güclənib. Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Aran rayonlarında 5, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda isə 12 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
14
20
qafqazinfo.az

10Mənbələr