AZ

Qardan sonra paytaxt yolları keçilməz oldu - FOTO

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd olunub ki, hazırda:

Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

Kənar Dairəvi yol, Yeni Yasamal istiqamətində;

Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, hər iki istiqamətdə;

Heydər Əliyev prospekti əsas yol, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
68
4
turkustan.az

10Mənbələr