AZ

Qarlı havada xəsarət alan 24 nəfər Təcili Tibbi Yardıma müraciət edib - YENİLƏNİB

Ötən gecədən bu gün saat 10:00-a qədər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə əlverişsiz hava şəraiti ilə əlaqədar 24 nəfərin (14-ü qadın, 10-u kişi cinsli olmaqla) müraciəti qeydə alınıb.

Bu barədə TƏBİB-dən  bildirilib.

Qeyd olunub ki, onlardan 23 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub, 1 nəfər isə hospitalizasiyadan imtina edib.

***

Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarlı hava şəraiti ilə əlaqəli olaraq 15 nəfər müraciət edib.

Ekologiya.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd olunub ki, xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub, iki nəfərə cərrahi müalicə tətbiq olunub.

Seçilən
26
17
ekologiya.az

10Mənbələr