Misli Premyer Liqasında 24-cü tur davam edir.
QOL.az xəbər verir ki, bu gün daha iki matç keçiriləcək.
Əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edəcək. Hazırda Naxçıvan təmsilçisi 44 xalla turnir cədvəlində ikinci, paytaxt klubu 17 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.
“Səbail” bu matçda qalib gələcəyi halda ən azı bir günlük sonuncu pillədən qurtulacaq. Lakin statistika Cavid Hüseynovun komandasının əleyhinədir. Belə ki, “Səbail” cari mövsüm ilk iki dövrədə “Araz-Naxçıvan”la görüşlərdə xal qazana bilməyib. İlk dövrədə rəqibinə 2:3 hesabı ilə uduzan “Səbail” öz meydanında da məğlub olub (0:2).
Günün ikinci matçında “Qarabağ” “Sabah”ı qəbul edəcək.
Misli Premyer Liqası, XXIV tur
22 fevral (şənbə)
16:00. “Araz-Naxçıvan” - “Səbail”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”
19:00. “Qarabağ” - “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Tofiq Bəhramov adına Respublika Stadionu
23 fevral (bazar)
14:30. “Şamaxı” - “Turan Tovuz”
17:00. “Zirə” - “Kəpəz”
21 fevral (cümə)
“Neftçi” - “Sumqayıt” - 1:0
Bombardirlər:
Leandro Anderade ("Qarabağ") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Felipe Santos ("Araz Naxçıvan") - 8 qol
Davit Volkov ("Zirə") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Cesse Sekidika ("Sabah") - 8 qol
Pavol Şafranko ("Sabah") - 7 qol