AZ

Bakıda sabah da qar yağacaq, yollar buz bağlayacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir.Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.Mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin MilliHidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanıntemperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 %olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəziyerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dəkisti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 19-24°şaxta, gündüz 3-8° şaxta olacaq. Bəzi yerlərdə yolların buz bağlamaehtimalı var.

Məqalədə:
Seçilən
4
49
az.trend.az

10Mənbələr