AZ

Sabah 24 dərəcə şaxta olacaq

Fevralın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Gecə və səhər yollar buz bağlayacaq.

Seçilən
3
42
publika.az

10Mənbələr