Bakıda 4 nəfərin meyiti tapılıb.
“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.
Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər. Hadisə ilə bağlı istintaq qrupu yaradılıb.
Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimalları nəzərə alınaraq müvafiq ekspertizalar təyin edilib.
Araşdırmalar davam etdirilir.
***
Sabunçu rayonunda meyiti tapılan 4 nəfərin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, onların spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, kimliyi məlum olmayan şəxslər bir yerdə texniki spirt qəbul edib.
Onların yeyib-içdikləri yerdən texniki spirt qabları tapılıb