AZ

Bərdədə qəza: ölən və yaralananlar var

  Bərdədə hərəkətdə olan “Lada” markalı minik maşını idarəetmədən çıxaraq aşıb.

Referans.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Cəyirli kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində sürücü 22 yaşlı İsgəndərov Binnət Taleh oğlu həyatın itirib.

Maşında olan sərnişinlər İsgəndərov Davud və Allahverdiyev Elmir müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.  

Seçilən
5
15
referans.az

10Mənbələr