AZ

Sabah qar yağacaq

Fevralın 24-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Mia.az xəbər verir ki, sabah havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq. Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Seçilən
14
49
mia.az

10Mənbələr