AZ

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı -

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. Metbuat.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Qeyd edilib ki, Hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə 23 fevral 2025-ci il tarixində Naxçıvan Muxtar Respublikasına, cənub və şimal rayonlarına yola düşməli axşam reysləri müvəqqəti dayandırılıb. Qeyd edək ki, mövcud hava şəraiti diqqətlə izlənilir və sərnişinlər dəyişikliklər barədə məlumatlandıracaq.

Seçilən
5
12
metbuat.az

10Mənbələr