İkiqat pnevmoniyadan əziyyət çəkən Papa Fransisk huşunu itirməsə də, vəziyyəti ağır olaraq qalır.
Leqal.info xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında 88 yaşlı papanınk böyrək çatışmazlığının başlanğıcını yaşadığı bildirilir.
"Baxmayaraq ki, o, əvvəlki günlərdə olduğu kimi respirator böhranın təkrarını yaşamayıb papanın statusu kritik olaraq qalır. Bəzi qan analizləri başlanğıc yüngül böyrək çatışmazlığını göstərir ki, hazırda bu vəziyyət nəzarət altındadır. Yüksək axınlı oksigen terapiyasına burun boruları vasitəsilə davam erdirilir", - məlumatda deyilir.
Bundan əlavə, Papa Fransiskin huşunun yerində olduğu və xəstəxanada ona baxanlarla birlikdə ayində iştirak etdiyi bildirilir.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta