Almaniyada keçirilən növbədənkənar Bundestaq seçkilərində liderlik edən CDU/CSU partiyasının rəhbəri Fridrix Mers siyasətinin əsas prioritetlərindən birinin Vaşinqtondan müstəqillik əldə etmək olduğunu bəyan edib.
Yenisabah.az xəbər verir ki, Mers açıqlamasında qeyd edib ki, ABŞ üçün Ukraynanın gələcəyi o qədər də vacib deyil. Bu açıqlamalar Almaniyanın xarici siyasət kursunda yeni dönüşün baş verə biləcəyi ehtimalını gücləndirir.
CDU/CSU partiyasının lideri Fridrix Mers Almaniyada yeni hökumətin 20 aprelə qədər formalaşdırılacağını bəyan edib.
Nazim Hacıyev
Telegram kanalımız