AZ

Azərbaycan Ordusunun hərbçiləri ötən il 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib

Bakı. Trend:

Ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 20ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib.

Trend xəbər verir ki, bubarədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyiilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiyaiclasında məlumat verilib.

İclasda müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığıməşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüşqabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha dayüksəldiyini qeyd edilib.

Qeyd olunub ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət dahada artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətininyüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzindətoplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbivəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlarasilahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadəqaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərincari ildə də davam etdiriləcəyi vurğulanıb.

Məqalədə:
Seçilən
46
6
az.trend.az

5Mənbələr