İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.
Operativ Media xəbər verir ki, fevralın 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb.
Bu mərhələdə Ballıca kəndinə 22 ailə - 95 nəfər köçürülür.