AZ

Türkiyənin 16 vilayətində terrorçularla əlaqədə şübhəli bilinən 92 nəfər saxlanılıb

Ankara, 24 fevral, AZƏRTAC

Son bir həftə ərzində Türkiyənin 16 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 92 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə yazıb.

Nazir qeyd edib ki, “GÜRZ-47” kod adlı əməliyyat xüsusilə Ankara, İstanbul, Eskişehir, Kayseri və Samsun kimi böyük vilayətləri əhatə edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri kəşfiyyat və prokurorluq orqanları ilə razılaşdırılıb.

Axtarışlar zamanı dövlət qeydiyyatına alınmamış silah-sursat və qanunsuz ədəbiyyat aşkar edilib.

Daxili İşlər Nazirliyinin rəhbəri əmin edib ki, terrorizmin təzahürlərinə qarşı mübarizə terror təhlükəsi tam aradan qaldırılana qədər davam etdiriləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
34
2
azertag.az

3Mənbələr