1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
AFFA İntizam Komitəsi "Turan Tovuz" klubuna xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, səbəb kimi bölgə təmsilçisinin milli assosiasiyanın və Peşəkar Futbol Liqasının imicinə zərər vuran bəyanat yayması göstərilib.
Qeyd edək ki, "Turan Tovuz"un səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiyi Misli Premyer Liqasının XXIV turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda videoköməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.