AZ

Ölümündən sonra könüllü donor olmaq istəyən şəxslərin sayı açıqlanıb

İki il ərzində ölümündən sonra könüllü donor olmaq istəyənlərin sayı 100-ə qədərdir.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyində keçirilən brifinqdə deyib.

"Bizim mərkəzin rəsmi saytına - odtkm.gov.az saytına daxil olaraq ölümümüzdən sonra donor ola bilərik. Eyni zamanda, “ASAN İmza” ilə donor olmaq mümkün olacaq. Bu yaxınlarda bu da həyata keçəcək. Həmçinin, mərkəzə gələrək Nazirlər Kabinetinin imzaladığı formanı təsdiq edərək donor olmağı bəyan etmək mümkündür", - deyə Y.Abbasova qeyd edib.

O, donorun yaşının və cinsinin gizli saxlanıldığını da bildirib.

Seçilən
3
1
ikisahil.az

3Mənbələr