AZ

XİN rəhbərinin müavini Cenevrədə Mirzoyanın iddialarına cavab verib

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası xarici işlər nazirinin müaviniElnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cıSessiyasının Yüksək Səviyyəli İclasında bəyanatla çıxış edib.

Trend Xariciİşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir müaviniErmənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavabverib.

"Ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəflimüzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişininhazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyasıistiqaməti daxil olmaqla normallaşma prosesində əhəmiyyətliirəliləyiş əldə ediblər. İndiki məqamda, ErmənistanınKonstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı əraziiddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesindəəsas maneəni aradan qaldıracağını gözləyirik", - o qeyd edib.

E.Məmmədovun sözlərinə görə, münaqişədən sonrakı reabilitasiyamünaqişənin bütün mənfi nəticələrinin aradan qaldırılmasını tələbedir ki, bu da eyni zamanda cinayət törətməkdə şübhəli bilinənşəxsləri ədalətə cəlb etməyi ehtiva edir.

"Bu Azərbaycanın təkcə hüququ deyil, həmçinin beynəlxalq hüquqagörə müharibə cinayətləri törətməkdə şübhəli bilinənləriməsuliyyətə cəlb etmək öhdəliyidir. Biz təqsirləndirilən şəxslərinbütün prosessual hüquqlarının lazımi beynəlxalq standartlara uyğunşəkildə təmin olunmasını təmin etmişik və bundan sonra da davamedəcəyik. Bu səylər ədalətə xidmət edəcək.

Müharibə dövründə törədilmiş cinayətlərdən danışarkən münaqişənəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşınıntaleyinə aydınlıq gətirilməsi və ailələrinin davamlıəzab-əziyyətinə son qoyulması mühüm əhəmiyyət kəsb edir. BizBMT-nin müvafiq orqanlarını və mexanizmlərini bu insanlarıntaleyinə və harada olduqlarına aydınlıq gətirmək məqsədilə buməsələni öz gündəliyində yüksək tutmağa və Ermənistandan taməməkdaşlıq tələb etməyə çağırırıq", - o bildirib.

"Digər bir mühüm məsələ isə münaqişənin ilk illərindəErmənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz vələyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir. Onlar beynəlxalqinsan hüquqları hüququnun açıq-aşkar pozulması ilə öz ata-babayurdlarından məhrum qalıblar. Bir vaxtlar Ermənistanda ən böyükmilli azlığı təşkil edən Qərbi Azərbaycan İcmasının onların dincqayıdışının asanlaşdırmaqla bağlı dialoqa başlamaq çağırışlarınayenə də məhəl qoyulmur və bu səylər Ermənistan hökuməti tərəfindənAzərbaycanın ərazi iddiası kimi qəsdən yanlış şərh edilir. Bu,BMT-nin müvafiq mexanizmləri tərəfindən lazımi qaydada nəzərdənkeçirilməli olan bizi narahat edən məsələdir.

Qeyd edək ki, Azərbaycan işğal olunmuş ərazilərə təhlükəsiz vələyaqətli şəkildə qayıtmaq hüququ olan yüz minlərlə məcburi köçkünazərbaycanlının hüquqlarını təmin etmək məqsədilə münaqişədənsonrakı genişmiqyaslı bərpa işləri ilə məşğul olur. Azərbaycan"Böyük Qayıdış" proqramını hazırlayıb və həyata keçirir. Bununnəticəsidir ki, artıq bir neçə yüz ailə öz doğma torpaqlarınaqayıdıb.

Əfsuslar olsun ki, Azərbaycanın ərazilərinin minalardan və digərpartlayıcı qurğulardan ibarət olan böyük miqdarda çirkləndirilməsibizim bərpa işlərimizin uğurla davam etdirilməsi üçün əhəmiyyətlimaneə olaraq qalır. 2020-ci ildə münaqişənin bitməsindən sonramülki şəxslər daxil olmaqla 400-ə qədər azərbaycanlı minalarınqurbanı olub. Humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalqdəstəyin artırılmasına, minaların insan hüquqlarının təminatınamənfi təsirinin aradan qaldırılmasına, mina qurbanlarınınreabilitasiyasına dəstək göstərilməsi çağırışımızı bir daha təkraredirik", - nazir müavini qeyd edib.

Seçilən
8
34
az.trend.az

10Mənbələr