AZ

Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, son əməliyyatla əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və satışını həyata keçirmək niyyətində olduğunu bildirib.
İdarə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə əlaqədar ümumilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 20 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb.
Saxlanılan şəxslərdən 15-nin rayon ərazisindəki ayrı-ayrı yerlərdə narkotiklərin satışını təşkil etdikləri də müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Seçilən
66
30
oxu.az

10Mənbələr