AZ

Ronaldu karyerasının 925-ci qolunu vurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Səudiyyə Ərəbistanı Pro Liqasında 22-ci turun görüşləri keçirilir.
Oxu.Az xəbər verir ki, "Ən-Nəsr" Məkkədə yerli "Əl-Vahda"nın qonağı olub.
Matçda hesabı qonaqların kapitanı Kriştianu Ronaldu açıb. O, karyerasındakı 925-ci qolu vurub. Mane son dəqiqələrdə fərqi artırıb. Qarşılaşma elə bu nəticə ilə də başa çatıb - 0:2.
Hazırda Ər-Riyad təmsilçisi 47 xalla turnir cədvəlində ilk üçlüyü qapayır. Onun rəqibi isə 13 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb. Çempionata 55 xalla "Əl-İttihad" başçılıq edir.
Seçilən
123
45
oxu.az

10Mənbələr