AZ

Nərimanov rayonunda Xocalı soyqırımı faciəsi qurbanlarının xatirəsi yad edilib

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində rayon ərazisində məskunlaşmış Xocalılarla görüş keçirilib. Tədbirdə RİH başçısı Elgin Həbibullayev, Millət vəkili Hikmət Məmmədov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayon Ağsaqqallar şurasının sədri Arif Hümbətov, Xocalı soyqırımı qurbanlarının ailə üzvləri, rayon ictimaiyəti və gənclər iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları tərəfindən Xocalı soyqırımı abidəsi ziyarət edilib, faciə qurbanlarının xatirəsi ehtiramla anılıb.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Millət vəkili Hikmət Məmmədov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və digər natiqlər Xocalı soyqırımının dünya tarixinin ən faciəli səhifələrindən biri olduğunu bildiriblər, onlar soyqırım hadisəsinin beynəlxalq aləmdə tanıdılmasının çox mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox mühüm və zəruri tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və daha sonra Qarabağ ərazisində həyata keçirilən anti-terror əməliyyatında  qazanılan böyük Zəfərlə düşməndən şəhidlərimizin, Xocalı soyqırımı qurbanlarının qisasının alındığı, bu gün Xocalıda və bütün Qarabağımızda geniş abadlıq və böyük quruculuq işlərinin aparıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Tədbirdə Nərimanov rayon Ağsaqqalar şurasının sədri, Vətən müharibəsi qəhrəmanı, şəhid baş-leytenant Azad Hümbətovun atası Arif Hümbətov və Xocalı soyqırımı qurbanlarının ailə üzvləri çıxış edərək bu faciənin dəhşətlərindən danışmış, onlara dövlət tərəfindən göstərilən diqqətə, qayğıya və yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Seçilən
90
46
yeniazerbaycan.com

10Mənbələr