AZ

Sabunçuda spirtdən həyatını itirənlərin sayı 18-ə çatdı - TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi Bakıda daha iki nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Bizim.Media xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bununla bağlı məlumat yayıb:

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 24-də saat 10-da Sabunçu rayonu, Məmmədyarov 28 ünvanından huşun itməsi səbəbilə, fevralın 25-də saat 22:30-da isə Nizami rayonu, R.Rüstəmov 56 ünvanından qusma səbəbilə çağırış daxil olub”.

Bildirilib ki, hər iki çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən Sabunçu rayonu Məmmədyarov 28 ünvanında 44 yaşlı şəxsin (kişi cinsli), Nizami rayonu R.Rüstəmov ünvanında 53 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".

Bizim.Media

Seçilən
49
23
bizim.media

10Mənbələr