AZ

“Aztelekom” “Ookla” tərəfindən Azərbaycanın ən sürətli sabit şəbəkə internet provayderi seçildi

Bakı. Trend:

“Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobalşirkət olan “Ookla” tərəfindən “Speedtest Award for Fastest FixedNetwork” (Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı)mükafatına layiq görülüb. Bu mükafat ölkə tarixində ilk dəfə sabitşəbəkə internet provayderinə təqdim edilir.

“Ookla”® şirkətinin rəsmi səhifəsində yayımlanan hesabatda“Aztelekom”un bu nailiyyətinin 2024-cü ilin 3 və 4-cü rübləriərzində bütün ölkə ərazisini əhatə edən 306885 abunəçinin müxtəliftətbiqlər və avadanlıqlar vasitəsilə icra etdiyi 4,389,339 sürəttestinin nəticələrinə əsasən müəyyən edildiyi qeyd olunub.

Testlərin nəticələrinə əsasən, ölkə üzrə Ən Yüksək Yükləməsürəti (Top Download Speed) 181.30 Mbit/s qeydə alındığı halda“Aztelekom” abunəçilərində bu göstərici 408.18 Mbit/s müəyyənolunub.

Qeyd edək ki, “Aztelekom” MMC “Onlayn Azərbaycan” layihəsininoperatorlarından biridir. Layihənin icra müddətində genişzolaqlıinternetə çıxış imkanı əldə etmiş təsərrüfat sayı 13 dəfəartırılaraq ölkə üzrə 230 mindən 2.97 milyona çatdırılıb.

Layihənin icrasına başlandığı 2021-ci ildən etibarən ölkə üzrəgenişzolaqlı internetin sürətində müsbət dinamika davam edərək 17.2Mbit/s-dən 2024-cü ildə 66 Mbit/s-yə çatdırılıb və layihəmüddətində 4 dəfə artım qeydə alınıb.

Seçilən
8
8
az.trend.az

10Mənbələr