"Həsən Kürün vəziyyəti ağır stabildir."
Kulis.az xəbər verir ki, gənc şairin müalicəsi cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir.
TƏBİB-dən verilən məlumata görə, qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib, vəziyyəti ağır stabildir.
Qeyd edək ki, gənc şair Həsən Kür dünən Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzində özünü ticarət mərkəzinin 3-cü mərtəbəsindən atıb.
İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.