AZ

İcma Aİ-Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin qərarını pisləyib

Qərbi Azərbaycan İcması Avropa İttifaqı – Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin 25 fevral 2025-ci ildə keçirilmiş iclasında qəbul edilən yekun sənədini qınayır və tamamilə rədd edir.

Bu barədə icmanın bəyanatında qeyd edilib.

Sənəddə bildirilib ki, Avropa Parlamenti və Ermənistan parlamenti tərəfindən qəbul edilmiş bu sənəd irqçilik, insan hüquqlarına hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakteri daşıyır və regionda yeni müharibənin yaradılmasına xidmət edir:

"Azərbaycan ərazilərinin 20 faizini işğal edərək minə yaxın şəhər və kəndi dağıdıb, 20 mindən artıq azərbaycanlını Azərbaycan ərazisində qətlə yetirib, 4000 azərbaycanlını məcburi itkin düşməyə məruz qoyub, milyonlarla mina və partlamamış hərbi sursatla Azərbaycan ərazilərinin 13 faizini çirkləndirən Ermənistan “demokratiya” təcəssümü və “sülh göyərçini” kimi qələmə verilir. Sanki irqçi ideologiya əsasında öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoyan Ermənistan deyil".

İcmanın bəyanatına əsasən azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə otuz ildən artıqdır ki, biganə yanaşanların indi Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərlə bağlı məsələləri qaldırması açıq-aşkar irqi ayrı-seçkiliyin nümunəsidir:

"Ermənistanda kütləvi və sistematik şəkildə dağıdılan Azərbaycan mədəni irsi, azərbaycanlıların pozulmuş mülkiyyət hüquqları və onların qayıdış hüququ məsələsini görməzdən gələn Avropa Parlamentinin insan hüquqları və humanitar hüquq məsələsindən danışmağa mənəvi haqqı yoxdur.

Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə şübhəli bilinərək məhkəmə qarşısına çıxarılmış şəxslərin azadlığa buraxılmasına dair çağırış etmək məhkəmə müstəqilliyinə qarşı yönəlməklə, Xocalı qurbanlarının xatirəsinə hörmətsizlikdir. Bu cür çağırışlar faktiki olaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə haqq qazandırır, Ermənistana cəzasızlıq vəd edir və onu bu cür cinayətləri təkrarlamağa cəsarətləndirir".

Seçilən
58
7
aznews.az

10Mənbələr