AZ

Üç gün ardıcıl qar yağacaq: Güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ

Üç gün ardıcıl qar yağacaq: Güclü külək əsəcək -

Növbəti iki gündə Bakı və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Hacıqabul, Salyan, Neftçala, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Xızı, Xaçmaz, Şabran, Qusar, Sabirabad, Şirvan, İmişli, Zərdab, Ağcabədi, Göyçay, Qəbələ, Şəki, Kürdəmir, Beyləqan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Naftalan, Goranboy, Gəncə, Samux, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy və Göygöldə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Fevralın 28-i gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

E-saglam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.

Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar bəzi yollar buz bağlayacaq.

E-saglam.az


Seçilən
86
2
e-saglam.az

10Mənbələr