AZ

Rusiya Ukraynanın itkilərini açıqladı -1100-cü gün

Rusiya müharibənin 1100-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 656 təyyarəsi, 283 helikopteri, 44 720 PUA-sı, 597 zenit-raket kompleksi, 21 756 tank və digər zirehli texnikası, 1 522 reaktiv yaylım atəş sistemi, 22 060 artilleriya və minaatanı, 32 139 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Seçilən
25
49
ikisahil.az

10Mənbələr