Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenkonu qəbul edib.
"Unikal" xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində baş tutan görüş mətbuata qapalı şəraitdə keçirilib.
Valentina Matviyenko səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Toplantıdan sonra iki sədr mətbuata birgə açıqlama veriblər.
Bildirilib ki, görüşlərdə mühüm qarşılıqlı, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müzakirələr məhsuldar keçib.