AZ

Sanitar qovşaqda doğulan uşaq son anda xilas edilibmiş - VİDEO

Qubada xəstəxananın sanitar qovşağında doğdulan uşağın görüntüləri yayılıb.

Demokratikmusavat.comXəzər TV-yə istinadən məlumat verir ki, körpənin sağlamlığına həkimlər tərəfindən müdaxilə edilib.

Həmin görüntüləri təqdim edirik:

***

Ötən gün böyrək sancısı ilə Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 34 yaşlı T. Konuxun tibb müəssisəsinin sanitar qovşağında doğuş həyata keçirdiyi, daha sonra isə körpəsini öldürməyə cəhd etdiyi iddia olunur.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə Bizim.media məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Mərkəzi Xəstəxanasının tibb personalı körpəyə və anaya təcili tibbi yardım şöbəsində ilk yardım göstəriblər. Ana və oğlan uşağı Quba Regional Perinatal Mərkəzə yerləşdiriliblər.

Qeyd olunub ki, qadının körpəsindən imtina etdiyi və onu öldürmək cəhdi ilə bağlı fakt Quba Rayon Prokurorluğunda araşdırılır.

Məsələ ilə bağlı Quba RMX-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazırda ana və yenidoğulmuşun vəziyyəti nəzarət altında saxlanılır:

“Ötən gün saat 07:20 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə böyrək sancısı şikayətləri ilə hospitalizasiya olunan 1991-ci il təvəllüdlü qadın müayinə edilib. Həmin şöbənin həkimi tərəfindən aparılan ilkin tibbi qiymətləndirmə zamanı pasiyentin hamilə olduğu müəyyən edilib və dərhal ginekoloq konsultasiyası təmin olunub.

Şöbədə aparılan təxirəsalınmaz tibbi müdaxilə nəticəsində doğuş baş verib. Neonatal reanimasiya tədbirləri yerinə yetirildikdən sonra ana və körpəsi Quba Regional Perinatal Mərkəzə təxliyə edilib.

Hamilə qadının vəziyyəti stabil olaraq qiymətləndirilib və müalicəsi davam etdirilir. Yenidoğulmuşun vəziyyəti isə ağır olaraq dəyərləndirildiyindən süni ventilyasiya aparatına qoşulub. Hazırda ana və yeni doğulmuşun vəziyyəti tibb müəssisəsində nəzarət altında saxlanılır”.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
96
4
Demokratikmusavat.com

10Mənbələr