Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 3-dən 4-nə keçən gecə bəzi şəhərətrafı ərazilərdə havanın az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
10Mənbələr
-
news24.azHavanın temperaturu kəskin dəyişəcək ( 16042197)
-
ulusum.azSabahın havası ( 16042833)
-
korrespondent.azSabah hava necə olacaq? ( 16042349)
-
news24.azMartın 15-də havanın temperaturu kəskin dəyişəcək ( 16041829)
-
interpress.azŞənbə günü havanın temperaturu 29 dərəcəyədək yüksələcək ( 16041943)
-
gundem.azŞənbə günü 29° isti olacaq ( 16041929)
-
heftelik.azHavanın temperaturu 29 dərəcəyə çatacaq ( 16041745)
-
bolge.tvSabah 29 dərəcə isti olacaq ( 16041199)
-
ictimairey.azSabah 29 dərəcə isti olacaq ( 16041073)
-
ulusum.azSabah 29 dərəcə isti olacaq ( 16040955)