AZ

"Asan oyun olmayacaq, amma məqsədimizə doğru gedəcəyik"

Premyer Liqanın 25-ci turunun maraqla gözlənilən qarşılaşmalarından biri Tovuzda baş tutacaq.

Medallar uğurunda mübarizə aparan “Turan Tovuz” doğma meydanda “Zirə”ni qonaq edəcək.

Hazırda “qartallar” 45 xalla 2-ci, bölgə klubu isə 42 xalla 4-cü pillədə qərarlaşır.

Böyük əhəmiyyət daşıyan qarşılaşma öncəsi “Turan”ın forvardı Aleks Souza Sportinfo.az-a açıqlama verib:

“Asan oyun olmayacağını bilirik. Amma biz evdə oynayacağıq. Doğma azarkeşlərimizin önündə çıxış edəcəyik. Bunu unutmaq olmaz.

Artıq bir neçə gün əvvəldən oyuna fiziki və psixoloji olaraq hazırlaşmağa başlamışıq. Məqsədimiz 3 xal qazanmaqadır.

Yaxşı çıxış etməklə məqsədimizə doğru gedəcəyik.

“Turan Tovuz” – “Zirə” görüşü martın 3-də, saat 17:30-da keçiriləcək.

XANOĞLAN

Seçilən
11
1
sportinfo.az

10Mənbələr