Premyer Liqanın 26-cı turu çərçivəsində "Zirə" doğma meydanda "Səbail"i son dəqiqələrdə Ruan Renatonun vurduğu qolla 1:0 hesabı ilə məğlub edib.
Braziliyalı bu görüşə maska ilə çıxıb.
Sportinfo.az xəbər verir ki, Ruanın maska ilə çıxmasına səbəb keçən tur çərçivəsində keçirilən "Turan Tovuz" - "Zirə" (0:2) matçında burnundan zədə almasıdır.
30 yaşlı müdafiəçi özünü qorumaq məqsədilə bu addımı atıb.
"Zirə" bu qələbə ilə 51 xalla 2-ci pillədəki yerini möhkəmləndirib.