AZ

Ramazanın on birinci gününün duaları - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının on birinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 11-də imsak vaxtı saat 05:33-də, iftar vaxtı isə 18:57-dədir.

Martın 11-i üçün namaz vaxtları:

Sübh azanı 05:38
Zöhr azanı 12:51
Əsr azanı 16:58
Məğrib azanı 18:57
İşa azanı 19:58

On birinci günün imsak vaxtı üçün duanı təqdim edirik:

"Allahummə həbbib iləyyə fihil-ehsan və kərrih iləyyə fihil-fusuqə vəl-isyan və hərrim ələyyə fihis-səхətə vən-niran biaunikə ya ğiyasəl-mustəğisin!"

Tərcüməsi:

"Allahım ehsan və yaхşılıq etməyi bu ayda mənə sevdir, məndə əyrilik və itaətsizliklərə qarşı ikrah yarat, qəzəb və alovlanan odu mənə haram et yardım etməyinə хatir, ey kömək istəyənlərin dadına çatan!"

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli".

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla".

Allah orucunuzu qəbul eləsin!


Telegram kanalımız
Seçilən
2
14
yenisabah.az

10Mənbələr