Albaniyanın paytaxtı Tiranada U-23 Avropa çempionatı davam edir.
Referans.az xəbər verir ki, bu gün qadın güləşi üzrə yarışa start verilib.
Əsmər Cankurtaran (50 kq) isveçrəli Svenja Junqoya 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya “tuş”la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəli Songül Kavakla güləşəcək.
Nərgiz Səmədova (55 kq) 1/4 finalda almaniyalı Amori Andrixə “tuş”la uduzub.
Günay Qurbanovanın (59 kq) U-23 Avropa çempionatında debütü uğurlu alınıb. 17 yaşlı güləşçi əvvəlcə belaruslu Marta Hetmanavaya (7:2) üzərində inamlı qələbə qazanıb. Günay yarımfinalda isə ukraynalı Yuliya Paxniuka isə tam üstünlüklə (11:1) qalib gəlib. Qurbanova sabah finalda (U-20) Avropa və dünya çempionu olmuş italiyalı Aurora Russoyla qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta