ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff martın 11 – də Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gələcək . Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bu , Vitkoffun Rusiyaya ikinci səfəri olacaq . Bundan əvvəl o , fevralın 11- də burada olub və Putinlə görüşdükdən sonra Rusiyada narkotik ticarətinə görə 14 il həbs cəzasına məhkum edilmiş amerikalı Mark Vogellə birlikdə ABŞ -a uçub . Vitkoff qeyd edib ki , səfər zamanı Rusiya prezidenti ilə “ çox vaxt ” keçirib , onunla dostluq əlaqələri qurub . Walla News və Axios – un müxbiri Barak Ravid Trampın xüsusi elçisinin cədvəlinə diqqət yetirərək onun Putinlə martın 13 – də görüşə biləcəyini bildirdi , lakin ” bu , hələ də dəyişə bilər ” dedi .
Vitkoff Ukrayna nümayəndə heyəti ilə danışıqlarda dövlət katibi Marko Rubio və milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsla birlikdə iştirak edəcək . İclasda Ukraynanı prezident aparatının rəhbəri Andrey Yermak , xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil edəcəklər . Vaşinqton bəyan edib ki , danışıqların əsas məqsədi sülh sazişi və ilkin atəşkəs üçün əsasların yaradılmasıdır.
Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Kiyev və Moskva ərazi güzəştləri də daxil olmaqla, güzəştə getməyə məcbur olacaqlar. Onun sözlərinə görə, Ukrayna tərəfi ilə Səudiyyə Ərəbistanında keçiriləcək görüş Amerikanın Kiyevə hərbi yardımının bərpası üçün “açar” olacaq. Xüsusilə, ABŞ Ukraynanın müharibəni bitirmək və ya ən azı “bu və ya digər şəkildə” “dayandırmaq” üçün “çətin qərarlar qəbul etməyə” hazır olmasını gözləyir. Bununla yanaşı, Rubio Ukraynanın pilotsuz təyyarələrin zərbələri və uzaqmənzilli raketlərə qadağa qoyulmasını, eləcə də Qara dənizdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan qismən atəşkəslə bağlı təklifini “ümidverici” adlandırıb. “Mən demirəm ki, təkcə bu kifayətdir, lakin bu, münaqişəyə son qoymaq üçün güzəştə getmək lazımdır”, – dövlət katibi qeyd edib.