AZ

"Liverpul" mübarizəni dayandırdı - ÇL-də gecənin nəticələri

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

QOL.az xəbər verir ki, ilk gündə 4 matç keçirilib. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşib.

"Barselona" "Benfika"ya qalib gəlib.

"Liverpul" PSJ ilə "Enfild"də qarşılaşıb. İlk görüşdə 1:0 hesablı qələbə qazanan "mersisaydlılar" bu dəfə eyni hesabla uduzublar. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə PSJ üstün olub - 4:1.

"İnter" "Feyenoord"u məğlub edib.

Günün maraqla gözlənilən matçlarından biri də Almaniyada keçirilib. "Bavariya" ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi "Bayer"i yenə üstələyib.

Beləliklə, ilk oyunların və cavab matçlarının nəticələrinə əsasən, "Barselona", "İnter", PSJ və Bavariya" 1/4 finala adlayıb.

1/8 finalın digər cavab qarşılaşmaları isə sabah oynanılacaq.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları 

11 mart

21:45. “Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya) - 3:1

Qollar: Rafinya, 11, 42, Yamal, 27 - Ortamendi, 13

İlk oyun - 1:0.

00:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa) - 0:1. Penaltilər seriyası - 1:4

Qol: Dembele, 12

İlk oyun - 1:0.

00:00. “İnter” (İtaliya) - “Feyenoord” (Niderland) - 2:1

Qollar: Tyuram, 8, Çalhanoğlu, 51-pen. - Moder, 42-pen.

İlk oyun - 2:0.

00:00. “Bayer” (Almaniya) - “Bavariya” (Almaniya) - 0:2

Qollar: Keyn, 52, Deyvis, 71

İlk oyun - 0:3.

12 mart

21:45. "Lill" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)

İlk oyun - 1:1

00:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland)

İlk oyun - 7:1

00:00. "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika)

İlk oyun - 3:1

00:00. "Atletiko" (İspaniya) - "Real" (İspaniya)

İlk oyun - 1:2

Seçilən
42
6
teleqraf.com

10Mənbələr