AZ

UEFA Çempionlar Liqası: "Barselona" və “Bavariya” 1/4 finala adlayıb

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

“Report”un məlumatına görə, ilk oyun günündə 4 matç baş tutub.

“Barselona” evdə “Benfika”nı qəbul edib. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Barselona" Çempionlar Liqasının 1/4 final mərhələsinə adlayan ilk komanda olub.

Mərhələnin ən gərgin oyunu “Liverpul”la PSJ arasında olub. Qarşılaşmanın əsas hissəsi PSJ-nin 1:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Lakin ilk oyun "Liverpul"un eyni hesablı qələbəsi ilə başa çatdığından komandalar 30 dəqiqəlik əlavə vaxtı oynamalı olublar. Ancaq əlavə vaxtda da qalib müəyyən edilmədiyindən matçın ən güclüsünü penaltilərlə müəyyənləşdirmək lazım gəlib.

“İnter” “Feyenoord”la mübarizədən qalib çıxıb – 2:1. “Bavariya” isə “Bayer 04”ün qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqası

1/8 final, cavab görüşləri

11 mart

21:45. “Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya) – 3:1.

İlk oyun - 1:0.

00:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa) – 0:1.

İlk oyun - 1:0.

00:00. “İnter” (İtaliya) - “Feyenoord” (Niderland) – 2:1.

İlk oyun - 2:0.

00:00. “Bayer 04” (Almaniya) - “Bavariya” (Almaniya) – 0:2.

İlk oyun - 0:3.

Qeyd edək ki, 1/8 finalın digər dörd cavab matçı bu gün keçiriləcək.

Seçilən
43
8
report.az

10Mənbələr