Bu gün Çempionlar Liqasında 1/4 finalın son 4 iştirakçısı bilinəcək.
QOL.az xəbər verir ki, 1/8 finalın cavab oyunlarının 2-ci günündə Dortmund "Borussiya"sı səfərdə "Lill"lə üz-üzə gələcək (ilk matç - 1:1).
"Arsenal" PSV-ni (ilk oyun - 7:1), "Aston Villa" "Brügge"ni (ilk görüş - 3:1) qəbul edəcək.
Günün maraqla gözlənilən oyunlarından biri Madriddə keçiriləcək. İlk matçda 2:1 hesabı ilə qalib gələn "Real" "Atletiko"nun qonağı olacaq.
Qeyd edək ki, ötəngünkü cavab görüşlərindən sonra "Barselona", PSJ, "İnter" və "Bavariya"nın mərhələ adladığı dəqiqləşib.
Çempionlar Liqası, 1/8 final, cavab oyunları
12 mart
21:45. "Lill" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 1:1
00:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland)
İlk oyun - 7:1
00:00. "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika)
İlk oyun - 3:1
00:00. "Atletiko" (İspaniya) - "Real" (İspaniya)
İlk oyun - 1:2
11 mart
“Barselona” (İspaniya) - “Benfika” (Portuqaliya) - 3:1
İlk oyun - 1:0.
“Liverpul” (İngiltərə) - PSJ (Fransa) - 0:1. Penaltilər seriyası - 1:4
İlk oyun - 1:0.
“İnter” (İtaliya) - “Feyenoord” (Niderland) - 2:1
İlk oyun - 2:0.
“Bayer” (Almaniya) - “Bavariya” (Almaniya) - 0:2
İlk oyun - 0:3.
1/4 final cütləri
"Barselona" (İspaniya) / "Borussiya" (Dortmund, Almaniya) - "Lill" (Fransa)
"Bavariya" (Almaniya) - "İnter" (İtaliya)
"Arsenal" (İngiltərə) - PSV (Niderland) / "Atletiko" (İspaniya) - "Real" (İspaniya)
PSJ (Fransa) / "Aston Villa" (İngiltərə) - "Brügge" (Belçika)